Qaragilem'e Xosh Gelibsen. Senide aramizda Görmekden Shadiq. Gözel ve Seviyeli Forumlar Arzulayiriq...

Join the forum, it's quick and easy

Qaragilem'e Xosh Gelibsen. Senide aramizda Görmekden Shadiq. Gözel ve Seviyeli Forumlar Arzulayiriq...
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Bakı Tarixi

Aşağa gitmek

Bakı Tarixi Empty Bakı Tarixi

Yeni mövzu  uzAYsel Ş. May 23, 2009 6:40 pm

Bakı Tarixi Bk3


Abşeron yarımadasında tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Artyom, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Binəgədi, Əmircan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır.

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (15 əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.

9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançıliq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçıliq və s. ilə məşğul olurdu.

Zəfəran da əkilirdi.İqtisadiyyatında neft və duz əsas yer tuturdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradırdı. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ixrac olunurdu.

Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191 ildə Qızıl Arslan Şamaxını tutdugda Şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12 əsrdə Bakı ikicərgəli qala divarı və xəndəklə əhatə olundu.

Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-35 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində qüclü donanma yaratdılar.

13 əsrin 30-cu illərində monqollar Bakıya hucum edib, uzunmüddətli mühasirədən sonra şəhəri aldılar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakının iqtisadi mövqeyi yüksəldi. 14 əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin cənub sahillərinə də mal daşınırdı. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14 əsr), Qız Qalası yaxinliğında Multani (hind) karvansarası (15-16 əsrlər) və s. Şərq ölkələri ilə geniş ticarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.

Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-62) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15 əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı.

1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı. Səfəvi hökmdarı 1 Təhmasib 1538 ildə Bakının da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafını ləngidən feodal çəkişmələrinə, dağıdıcı müharibələrə son qoyulması 17 əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18 əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18 əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda me"marlıq, həkkaklığın da inkişaf etdiyini göstərir.

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi stratejik əhəmiyyəti 18 əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin cənub-qərb sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə müqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.

18 əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o cümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18 əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbcana hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəb oldu. 1796 ilin yazında 2 Yekaterinanın əmri ilə general V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərbcana yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin əvvəlində general P.D.Sisianov Bakının komendantı tə"yin olundu. 2 Yekaterinanın ölümündən sonra oğlu 1Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin əvvəlində 1 Aleksandr Xəzər-sahili vilayətlələri, ilk növbədə Bakını tutmaq planı ilə xüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-13) bu planın həyata keçirilməsini sür"ətləndirdi. 1805 il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi.

1806 ilin əvvəlində general P.D.Sisianovun qoşunları yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynnqulu xanla danışıqlar zamanı general P.D. Sisianov öldürüldü. 1806 il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərbaycan, o gümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi.

Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847 ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasina təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879 ildə Bakıda 9 qazma buruğu vardısa, 1900 ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina çıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, e"malatxanalar, tütün fabrikləri, buxar mühərrikləri ilə işləyən dəyirmanlar yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firmalarının binalarından ibarət idi. 1883 il mayın 8-də Bakı-Tiflis dəmir yolu istifadəyə verildi. 1899 ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.

Nəqliyyat vasitələri ilə yanaşı, Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi.
19 əsrin sonu - 20 əsrin əvvəlində Bakıda neft istehsalı daha da artdı. 1901 ildə Bakı dünyada istehsal olunan neftin yarıdan çoxunu (667,1 mln. pud) verirdi. Bakıda onlarca neft e"malı zavodu var idi. Başqa sənaye sahələri, ticarət də inkişaf edirdi, maşınqayırma, metaləritmə, gəmi tə"miri zavodları, buxar qazanı və s. istehsal edən zavodlar, gəmi tərsanələri, 2 minə qədər fəhləsi olan toxuculuq fabriki, sement, pivə və spirt zavodları, elektrik stansiyaları, buxar dəyirmanları işləyirdi. Bakıda poliqrafiya işi də inkişaf edirdi.

28 may Azərbaycan xalqının böyük bayramıdır. 1918-ci ilin həmin günündə Azərbaycan Respublika e"lan olunmuşdur. Bu respublikanın banilərindən biri Məhəmməd Əmin Rəsulzadə olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycan Demokratik Respublikası sür "ətlə inkişaf edirdi.

1918-ci il 15 sentyabr - Bakı şəhəri Anadolu və azərbaycan türklərindən ibarət Qafqaz - İslam ordusu tərəfindən ermənilərdən azad olunmuşdur. Bakı Azərbaycanın paytaxtı e"lan edilmişdir.
1919-cu il 15 noyabr - Bakı Dövlət Unibersiteti yaradılmışdır.

1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər. 1920-ci ilin aprelin 28-də Bakıda Sovet Həkimiyyəti qurulmuşdur. 1922-ci ilin dekabırın 31-də Azərbaycan SSSR-in tərkibinə daxil olmuşdur.
Sovet dövründə Bakı inkişaf etməkdə davam edirdi.

1920-1921-ci tədris ilində Bakıda ilk ali məktəblər - Azərbaycan Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradıldı.1923-cü ilin iyunun 5-də M.F.Axundov adına kitabxananın rəsmi açılışı zamanı, onun fondlarında artıq 20 minə qədər kitab vardı.Bakı şəhərində 1923-cü ildə elektrik tramvay xətti çəkilməyi başlayır və bu 1924-cü il fevralın əvvəlində istismara verilir. 1926-cı ildə Sovet İttifaqında ilk elektrik dəmir yolu - Bakı - Sabunçu elektrik dəmir yolu işə salınmışdır.

1940 - 1945 illərdə iqtisadiyyatını cəbhə yoluna keçirilməsi məqsədi ilə Respublikada böyük işlər görülürdü. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm arsenalına çevrildi. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton neft istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu.

1988-ci il 17 noyabr - Azərbaycanda Milli Azadlıq hərəkati başlanmışdır. 1990-cı il 20 yanvar Bakıda Sovet Ordusu dinc əhaliyə qarşı qanlı qırğın törətmişdir. Dağüstü parkda Şəhidlər xiyabanı yerləşir. Burada Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın qəbirləri var. Şəhidlər Xiyabanı bütün Azərbaycan xalqının ziyarətgahıdır. 18 oktyabr 1991-ci ildə Azərbaycan Suveren Respublika e"lan edildi. Bakı Sovet dövründə olduğu kimi indiki müstəqillik dövründə də Azərbaycanın paytaxtıdır
uzAYsel
uzAYsel
Admin

İsmarıc sayı : 13
Join date : 08/03/09
Age : 49
Şəhər/ölkə : Den Haag-Hollanda

http://qaragilem.yetkinforum.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvələ qayıt


 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.