Qaragilem'e Xosh Gelibsen. Senide aramizda Görmekden Shadiq. Gözel ve Seviyeli Forumlar Arzulayiriq...

XX əsrdə xalçaçılığın inkişafı

 :: AZERBAYCAN :: Tarixi :: Medeniyyeti

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek

XX əsrdə xalçaçılığın inkişafı

Yeni mövzu  uzAYsel Bir C.a. İyun 04, 2009 7:07 pm



Çox təəssüflər olsun ki, sovet dövründə Azərbaycan xalçası beynəlxalq bazarda olan mövqelərini itirdi. Halbuki 19-cu əsrin əvvəllərinə, 1920-ci ilə qədər dünya bazarında Azərbaycan xalçası əhəmiyyətli mövqeyə malik olub. Hətta Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birinci olub. Bu xalçalar ayaq altında əsrlərdən də çox yaşayıb. Bu texnologiya iynəvari ilmə adlandırılır ki, bu da ilməsi çıxmayan xalçadır. Bu texnologiyada xovun hündürlüyü digərləri ilə müqayisədə yüksək olub»- deyən, mütəxəssis qeyd etdi ki, Azərbaycan xalçalarının ən aşağı xov hündürlüyü 6 mm olub ki, bu da xalçanın ömrünün uzun olmasına əsasdır.
Azərbaycan xalça sənətinin sonrakı inkişaf dövrü XX əsrin ortalarına təsadüf edir. Bu dövrdə Azərbaycan xalça sənətinin inkişafı bir neçə istiqamətdə davam edərək çox cəhətli xarakter daşımışdır. Respublikanın rayon və kəndlərində xalça sənəti ənənələri ayrı-ayrı xalça ustaları tərəfindən davam etdirilir. Onların ənənəvi çeşnilərdə toxuduqları xalçalarda klassik kompozisiyalara yaradıcı münasibət qabarıq şəkildə özünü göstərir. Eyni zamanda xalçaçılıqda yeni-yeni kompozisiyalar, naxış elementləri meydana gəlir. Yeni yaranan çeşnilərdə nisbətən əyri xətlərlə işlənmiş nəbati naxışlara, insan, heyvan, quş təsvirlərinə, lirik və romantik üslubda yaradılmış sücetli kompozisiyalara meyl üstündür. Xalça sənətinin inkişafının digər bir qolu "Azərxalça" İstehsalat Birliyinin fəaliyyətidir. "Azərxalça" nın sex və emalatxanalarında toxunan xalçalarda ənənəvi naxış, göl və rənglərdən ustaların yaradıcı şəkildə etdiyi dəyişmələr klassik xalça kompozisiyalarının sayını artırıb zənginləşdirir.
Xalça sənətinin digər bir qolu peşəkar rəssamlar tərəfindən davam və inkişaf etdirilir. Onların yaratdıqları yeni ornament və çeşnilər əsasında toxunan xalçalar klassik kompozisiyaların zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Bu xalçaların kompozisiya, rəsm həlli və koloritində bəzən klassik kanonların pozulmasına baxmayaraq, müxtəlif bədii və texniki vasitələr mövzunun açılmasına kömək edir.
Azərbaycanda xalçaçılığın inkişafı üçün mühüm tədbirlər həyata keçirilmişdir. Xalçaçılıq sənət və elm sahəsi kimi Ə.Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, eləcə də incəsənət yönümlü kolleclərdə tədris edilir. Xalçaçılıq sənət kimi texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında və digər yerlərdə öyrədilir.
Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimov un (1906-1991) adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ - tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist - rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. L.Kərimovun eskizləri əsasında toxunmuş "Əfşan" (1932), "Qonaqkənd" (1939), "Ləçəktürünc" (1952), "Şuşa" (1953), "Göygöl" (1958), "Qarabağ" (1960), "İslimi" (1964), "Butalı" (1965), "Bahar" (1966,1976), "Heyvanlar aləmində" (1969), "Şəbi-hicran" (1975), "Zərxara" (1977), "Firdovsi" (1934), "Səməd Vurğun" (1956), "Vaqif" (1967), "Füzuli" (1972), "Nəsimi" (1974), "Səfiəddin Urməvi" (1975), "Əcəmi" (1976) və s. ornamental və portret xalçalar ornament elementlərinin uyarlığı, kompozisiya bitkinliyi, rəsmlərinin zərifliyi və ifadəliliyi, zəngin koloritinə görə xalçaçılıq sənətinin qiymətli nümunələrindəndir. 1949-cu ildə kollektiv müəlliflərlə birgə yaratdığı "Stalin" xalçasına görə 1950-ci ildə SSRI Dövlət mükafatına layiq görülmüşdür. 1986-cı ildə Londonda açılmış fərdi sərgisi böyük müvəffəqiyyətlə keçmiş, sərgidə rəssamın "Bəndi-Rumi" (1980,1981), "Ləçəkturunc" (1981), "Xətai" (1981,1985), "Açma-yumma" (1982), "Ləçəkbəndlik" (1983), "Kətəbəbəndlik" (1984), "Əsrlərin nəğməsi" (1985) və s. xalçaları nümayiş etdirilmişdir. L. Kərimovun çox cildli "Azərbaycan xalçası" əsərində 1300-dən artıq Azərbaycan xalça ornament elementinin təhlili verilmişdir.
[redaktə / تحریر]Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalça sənəti və müasir dövrün tələbləri: mühafizə məsələləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalça sənətinin tunc dövründən başlayaraq inkişaf etdiyini və bu günümüzə qədər gəlib çatdığını deyib: "Bizim xalçalar Nyu-Yorkun "Metropoliten", Londonun "Viktoriya və Albert", Parisin "Luvr", İstanbulun "Topqapı", Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox halda bəzi muzeylərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə deyil, "İran xalçası", "Qafqaz xalçası" və digər adlarla təqdim olunur. Ancaq bununla bağlı müvafiq qurumlar tərəfindən işlər aparılır". Dəyirmi masada çıxış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bu gün Azərbaycanda xalça sənətinin inkişafı üçün bir sıra işlərin aparıldığını deyib. Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək. Bu barədə də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Onun sözlərinə görə, artıq bu sahədə iş başlanıb və yaxın vaxtlarda lazımi sənədlər hazırlanacaq. Bu sahədə uğur qazanacağımıza şübhə etmədiyini bildirən nazir müavini müsbət nəticə əldə etmək üçün durmadan işləməyin lazım olduğunu vurğulayıb.
avatar
uzAYsel
Admin

İsmarıc sayı : 13
Join date : 08/03/09
Age : 43
Şəhər/ölkə : Den Haag-Hollanda

İstifadəçi mə`lumatlarına bax http://qaragilem.yetkinforum.com

Əvvələ qayıt Aşağa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 :: AZERBAYCAN :: Tarixi :: Medeniyyeti

 
Bu forumun müsaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.